Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verib

image-rusiya-sefirliyibackend

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

Bu barədə  Busaat.az Rusiyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki