Şahzadə Harrinin maraqla gözlənilən KİTABI: “25 nəfəri öldürdüm” – İCMAL

image-photo_541161backend

Şahzadə Harri nəşr etdiyi kitabında Əfqanıstanda 25 nəfəri öldürdüyünü və heç bir utanc duymadığını yazıb.

Busaat.az xəbər verir ki, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib.

“The Telegraph” qəzetinin məlumatına görə, şahzadə Harri 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.

Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı kitabına daxil etdiyi xatirələrində münaqişənin səs-küy və qarışıqlığında öldürdüyü üsyançıları “yaxşıları öldürmədən aradan qaldırılan bədxahlar” olaraq gördüyünü qeyd edib.

Şahzadə Harri kitabına aşağıdakı ifadələri daxil edib: “Birinci gündən məqsədim doğru şeyi edib-etmədiyimə dair heç bir şübhə etmədən yatağa getmək idi… Yaxınlıqda mülki şəxslər olmadan sadəcə Talibana atəş açıb-açmadığımı həmişə düşünmüşəm. Mən bədənimin bütün parçalarıyla İngiltərəyə qayıtmaq istəyirdim, amma bundan daha çox vicdanımla evə qayıtmaq istəyirdim”.

Şahzadə Harri başqa bir qeydində deyib: “Öldürdüyüm insanlarla bağlı rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Deməli mənim nömrəm 25-dir. Bu, məni qane edən rəqəm deyil, amma məni utandırmır”.

The Guardian 10 yanvarda 15 dildə nəşr olunacaq Şahzadə Harrinin maraqla gözlənilən “Ehtiyat” kitabının ilk nüsxəsini əldə etdikdən sonra bu gün paylaşdığı kitabın bəzi hissələri ölkə gündəmini zəbt edib. Kitabın nüsxələrinin sızdırıldığı və İspaniyada satışa çıxarıldığı iddia edilib.

Qəzetin əldə etdiyi nüsxəyə görə, Şahzadə Harri kitabında böyük qardaşı Şahzadə Uilyamı ona fiziki hücumda ittiham edib.

O, şahzadə Uilyamın dava zamanı onun yaxasından tutub yerə yıxdığını bildirib və yazıb ki, yerdəki qabın üzərinə düşəndə ​​qırılan qabın parçaları onun kürəyinə batıb.

Bukingem Sarayı kitabdan paylaşılan hissələrlə bağlı indiyə qədər heç bir açıqlama verməyib.

Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan İngiltərə kralı III Çarlz və onun keçmiş həyat yoldaşı, Uels şahzadəsi Diananın kiçik oğludur.

Çarlz və Diana 1996-cı ildə boşanıblar. Diana öləndə onun böyük oğlu Uilyam 15, Harri isə 12 yaşında idi.

Sasseks hersoqu Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında krallıq vəzifələrindən istefa veriblər və daha müstəqil həyat sürmək və Britaniya mediasından uzaqlaşmaq üçün ABŞ-a köçüblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki