Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 356 $▼4.20%
  • Ethereum1 818 $▼5.66%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Şahzadə Harrinin mübahisəli memuar kitabı “Ehtiyat” satışa çıxarıldı

image-thumbs_b_c_5879c805687bf82dd840b104537fcddf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu Şahzadə Harrinin qalmaqallı “Spare” (Ehtiyat) kitabı rəflərdə yerini alıb.

Busaat.az xəbər verir ki, Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün paytaxt Londonda bəzi kitab mağazaları gecə yarısı açılıb.

Kitabı ilk alanlar sırasında olmaq istəyənlər paytaxt Londonun Viktoriya stansiyasındakı kitab mağazasında növbəyə düzülüb.
Böyük Britaniyanın “Waterstones” kitab mağazası şəbəkəsi Şahzadə Harrinin kitabının “10 il ərzində ən çox sifariş edilən kitablardan biri” olduğunu bildirib.

Şahzadə Harrinin çoxdan gözlənilən memuarı 10 yanvarda nəşr olunmamışdan əvvəl İspaniyada “təsadüfən” satışa çıxarıldıqdan sonra kitabın bəzi hissələri mətbuatın əsas mövzusu olub.

Əvvəlcə Britaniyanın “The Guardian” qəzeti kitabın bəzi hissələrini ictimaiyyətlə paylaşıb.

Kitabında qardaşı Şahzadə Uilyamı ona fiziki hücumda günahlandıran Harri Kraliça II Elizabetin ölüm xəbərini ilk dəfə BBC-nin səhifəsindən öyrəndiyini yazıb.

Şahzadə Harri kitabının bir fəslində Əfqanıstanda xidmət etdiyi dövrlə bağlı xatirələrini daxil edib və “Əfqanıstanda 25 nəfəri öldürdüyünü və bundan utanmadığını” qeyd edib.

Xüsusilə, Şahzadə Harrinin Əfqanıstanla bağlı açıqlamaları həm öz ölkəsi İngiltərədəki müxtəlif təbəqələrdən, həm də Əfqanıstandakı Taliban rəsmilərindən böyük reaksiyalara səbəb olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96554