Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Şahzadələr arasında Netflix KRİZİ: “Qardaşını heç vaxt bağışlamayacaq”

image-prens-reuters
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şahzadə Harri və amerikalı aktyor həyat yoldaşı Meqnan Marklın Netflix-də yayımlanmağa başlayan sənədli filminin kral ailəsindəki böhranı daha da böyütdüyü bildirilib.

Busaat.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, taxt-tacın bir nömrəli varisi olan şahzadə Uilyam bu sənədli filmi nənəsi Kraliça II Yelizavetaya qarşı hörmətsizlik kimi görür və qardaşına heç etibar etmir.

Britaniya kral ailəsindəki vəzifələrini tərk edən və az qala ailəsinə müharibə elan edən Şahzadə Harri və amerikalı aktrisa həyat yoldaşı Meqnan Marklın Netflix-də yayımlanan sənədli filmi ilə bağlı müzakirələr İngiltərədə gündəmdən düşmür.

ABŞ-da məskunlaşan və kral ailəsinə qarşı tənqidləri ilə diqqət çəkən Sasseks cütlüyünün sənədli filminin Netflix-də yayımlanmağa başladığı, bunun isə, Şahzadə Uilyam və Şahzadə Harri arasındakı əlaqələri daha da gərginləşdirdiyi iddia edilib. Britaniya mətbuatının yazdığına görə, sənədli filmi sentyabrda vəfat edən nənəsi Kraliça II Yelizavetaya qarşı hörmətsizlik kimi qiymətləndirən şahzadə Uilyam qardaşına çox qəzəblidir.

DailyMail qəzeti taxt-tacın bir nömrəli varisi Şahzadə Uilyamın Netflix-i yayımlanan sənədli filmi “ailəsinə xəyanət” kimi qiymətləndirdiyini və sənədli filmin qardaşlar arasındakı gərginlikdə “son damla” olduğunu yazıb. Xəbərdə Şahzadə Uilyamın qardaşını heç vaxt bağışlamayacağı ifadə edilərkən, bəzi mənbələrdə Uilyamın Şahzadə Harrinin xatirə kitabının tezliklə nəşr olunacağından narahat olduğu və qardaşına heç güvənmədiyi ifadə edilib.

Kral ailəsinə yaxın adlar sənədli filmdə Kraliça Elizabet və monarxiya ilə bağlı şərhlərin sarayda birmənalı qarşılanmadığını bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93630