
Sakit Okean Donanmasının qəfil döyüş hazırlığı vəziyyətinə gətirilməsinin SƏBƏBİ - Şoyqu AÇIQLADI
Sakit Okean Donanması qəfil döyüş hazırlığı vəziyyətinə hazır olmaq üçün strateji raket daşıyan sualtı qayıqların silahlarını işə salmaq istiqamətində yoxlayıcı addımlar atıb.
Busaat.az xəbər verir ki, bu barədə Müdafiə naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinə bildirib.
Məlumata görə, Sakit Okean Donanmasının qüvvələri təlimlərin 2-ci mərhələsini həyata keçirir. Nazir bildirib ki, dəniz bölgəsində yaradılmış əməliyyat qrupu döyüş manevrləri və sualtı vəziyyəti aradan qaldırmaq məqsədlərini yerinə yetirərək Oxot dənizinin cənub hissəsinə yerdəyişmə edir.
“Donanmanın qüvvələri strateji raket daşıyan sualtı qayıqların döyüş dayanıqlılığı və onların silahlarını işə salmağa hazırlığı məsələlərini təcrübədən keçirib. Düşmən qüvvələrini imitasiya etmək üçün hərbi dəniz təyyarələri də təlimlərə cəlb olunub”, – Şoyqu deyib.
Qeyd edək ki, Sakit Okean Donanmasının bütün qüvvələri aprelin 14-də gözlənilmədən döyüş hazırlığı vəziyyətinə keçib.
Rusiyanın Müdafiə naziri Şoyqu daha əvvəl bildirmişdi ki, hərbi dənizçilər potensial düşmənin Oxot dənizinin cənub hissəsinə daxil olmasının qarşısını almaq, Saxalin adasına və cənub Kuril adalarına düşmən qüvvələrin desantını dəf etmək üçün təlim keçirəcəklər.
Busaat.az























