Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 585 $▼3.87%
  • Ethereum1 833 $▼4.92%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Sakit okeanda GƏRGİNLİK: Çin təyyarəsi ABŞ təyyarəsinə manevr edib

image-kapak_094939
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Hind-Sakit Okean Komandanlığı (INDO-PACOM) Çin döyüş təyyarəsinin Cənubi Çin dənizi üzərində uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinə qarşı təhlükəli manevr etdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, ABŞ-ın Hind-Sakit Okean Qüvvələr Komandanlığından verilən yazılı açıqlamada, ABŞ və Çin arasında Sakit okean bölgəsində yeni gərginliyin yaşanması haqqında xəbərdarlıq edilib.

“Dekabrın 21-də Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin J-11 qırıcı pilotlarından biri Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında qanuni olaraq müntəzəm əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarəsinə qarşı təhlükəli manevr edib” – deyə, bəyanatda deyilir.

Açıqlamada ABŞ təyyarəsinin toqquşmamaq üçün riskli manevrlər etməli olduğu vurğulanıb və bu ifadələrə yer verilib: “ABŞ qüvvələri beynəlxalq hüquqa uyğun olaraq bütün gəmilərin və təyyarələrin təhlükəsizliyinə lazımi hörmətlə yanaşaraq, beynəlxalq sularda və hava məkanında uçmağa və üzməyə davam edəcək. Biz ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95802