Fransa-İtaliya hava hücumundan müdafiə sistemləri SAMP/T artıq Ukrayna ərazisində fəaliyyət göstərir.
Busaat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
“Fransa-İtaliya SAMP/T sistemləri hazırda Ukrayna ərazisində yerləşdirilib və onlar mühüm obyektləri əhatə edir”, – Makron deyib.
Qeyd edək ki, fevral ayında Fransa Müdafiə Nazirliyi Paris və Romanın yazda Ukraynaya SAMP/T orta mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə razılığa gəldiyini açıqlamışdı.
Busaat.az