
San-Fransisko hava limanı 14 yaşlı pişiyi işə götürüb
14 yaşlı pişik San-Fransisko hava limanında heyvan terapiyası qrupuna qoşulub.
Busaat.az NY Post-a istinadən xəbər verir ki, Duke Ellington Morris adlı ağ-qara pişik hava limanının ziyarətçilərinə uçuşla bağlı stressi aradan qaldırmağa kömək edəcək.
Duke Lilu adlı donuz və Böyük Aleks adlı bir dovşanın artıq işlədiyi hava limanının terapevtik qrupunda pişik ailəsinin ilk nümayəndəsi olub.
Busaat.az























