
Şanlıurfa və Diyarbəkirdə 24 nəfər həyatını itirdi
Kahramanmaraşda baş verən zəlzələdən sonra Şanlıurfada 18, Diyarbəkirdə isə 6 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub.
Şanlıurfa valisi Salih Ayhan, zəlzələdən sonra verdiyi açıqlamada, “18 vətəndaşımız həyatını itirdi, 67 vətəndaşımız da yaralandı” – deyə bildirib.
Vali zəlzələ nəticəsində 19 binanın zərər çəkdiyini bildirib.
Busaat.az























