
Şarl Mişel Kiyevdədir - Yenilənib
11:13
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ş.Mişel öz tviter hesabında paylaşıb.
“Ukraynalıların bizim dəstəyimizə ehtiyacı var və buna layiqdirlər”, – deyə Mişel qeyd edib.
13:43
Şarl Mişel Kiyevdə səfərdədir.
Aİ Şurasının Prezidentini Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası məsələləri üzrə Baş nazirin müavini Olqa Stefanişina qarşılayıb.
























