Şavkat Mirziyoyev yenidən Özbəkistan prezidenti seçilib

image-1395911backend

Bazar günü Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində Şavkat Mirziyoyev yenidən prezident seçilib.

Busaat.az xəbər verir ki, Mirziyoyev 87,05% səs toplayıb.

Onun rəqibləri Ali Məhkəmə sədrinin birinci müavini Robaxon Mahmudovanı və Özbəkistan Xalq Demokratik Partiyasının lideri Uluqbek İnoyatovu müvafiq olaraq 4,43 və 4,02% səs toplayıblar. Ekologiya Partiyasının lideri Abduşükür Həmzəyev isə 3,74% səslə dördüncü yerdə qərarlaşıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki