Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 502 $▲2.17%
  • Ethereum1 829 $▲3.45%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Səddamın yaxtası tədqiqat mərkəzinə çevrildi

image-1674477951
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səddamın şəxsi yaxtası İraqda elmi tədqiqat mərkəzinə çevrilib.

Busaat.az xəbər verir ki, İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrə körfəzində dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.

Səddamın adını daşımasına baxmayaraq, devrilmiş rəhbərin ayaq basmadığı yaxtanın tikintisi 1980-ci ildə Danimarkada başlayıb və bir il sonra tamamlanıb. Şəxsi yaxta 8 illik İraq-İran müharibəsi və sonra Körfəz müharibəsi səbəbindən İraqa gətirilə bilməyib. Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.

Yaxta o zamanlar “Kadisiye Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze Yaxtası” kimi tanınır.

Çox qiymətli mebellərlə təchiz olunmuş yaxta 18 otaq 4 mərtəbədən ibarətdir. 82 metr uzunluğunda olan yaxtada hətta bərbərxana, kimyəvi təmizləmə və ilk yardım otağı da var.

Səddamın ölkəyə gətirə bilmədiyi yaxta yalnız 2010-cu ildə Bəsrəyə gətirilib. Dövrün nəqliyyat naziri Əmir Əbdüccəbər bu yaxtanın Səddamın xüsusi məqsədlər üçün inşa etdiyini və dövlətin malı olduğu üçün ölkəyə gətirildiyini açıqlamışdı.

2015-ci ildə iraqlı və alman alimlərin hazırladığı layihə çərçivəsində ilk dəfə yaxta ilə dəniz kəşfiyyatı turu həyata keçirilib. Bu gün Dəclə və Fərat çaylarının qovuşduğu Şattularapda lövbər salan Səddamın şəxsi yaxtası Bəsrə Universiteti Dəniz Elmləri İnstitutunun Elmi Araşdırma Mərkəzi kimi istifadə olunur.

Yaxta yerli və xarici turistlər üçün də açıqdır. Keçən həftə tamamlanan 25-ci Körfəz Kuboku çərçivəsində Bəsrəyə gələn Körfəz vətəndaşları yaxtaya böyük maraq göstərib. Körfəz sakinləri geniş şəkildə gəzdikləri yaxtada çəkdirdikləri foto və videoları sosial mediada paylaşıblar.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98076