Səfərbərlik Xidmətindən daha bir müraciət

Səfərbərlik Xidmətindən daha bir müraciətbackend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iki yeni qaynar xətt nömrəsi yaradıb. 

Bu barədə Busaat.az-a xidmətdən məlumat verilib. Qaynar xəttlər vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə yaradılıb.

Yeni nömrələr belədir: Tel: (012)4937914(012)4937926

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.

Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90