Səfir: “Fələstin Qəzza zolağından rusların təxliyyəsini asanlaşdırmağa hazırdır”

image-abdel-hafiz-nofelbackend

Fələstin Qəzza zolağından rusların təxliyəsi üçün bütün səviyyələrdə kömək etməyə hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl TASS-a bildirib.

“Əlbəttə, biz bütün səviyyələrdə kömək etməyə hazırıq”, – deyə səfir söyləyib.

Oktyabrın 7-də Həmas yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücum etməsi Yaxın Şərqdə gərginlik yenidən alovlandı. HƏMAS bu əməliyyatını İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məscidül-Əqsaya qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail müharibəyə hazır vəziyyət elan edib və 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, Livan və Suriyanın bəzi hissələrinə qarşı hücumlara başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verib. Son rəsmi məlumatlara görə, zorakılıqların yenidən alovlanmasından bəri 1000-ə qədər fələstinli öldürülüb, 5000-dən çoxu isə yaralanıb. İsraildə 1200-dən çox insan həyatını itirib, 3000-dən çox insan yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki