
Səfir: "İsrail Rusiyanın HƏMAS hücumunda əli olduğuna dair şübhələrə inanmaq istəmir"
Təl-Əviv Rusiyanın radikal Fələstin qruplaşması HƏMAS-ın İsrailə hücumunda hansısa yolla əli olması ilə bağlı şübhələrə inanmır.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi “Kommersant” qəzetinə müsahibəsində deyib.
“Bu tam cəfəngiyatdır. Rusiyanın hansısa yolla bu işə qarışdığına inanmırıq”, – o qeyd edib.
Səfir vurğulayıb ki, hazırkı vəziyyətdə ABŞ-nin öz resurslarını Ukraynadan Yaxın Şərqə yönləndirəcəyini gözləyənlər yanılıblar.
“ABŞ doğrudan da bizim strateji tərəfdaşımızdır; o, bizə silah verib və verəcək. Yeri gəlmişkən, bəzən bunun əksi də olur. Bu baxımdan heç nə dəyişməyəcək və Rusiya bunu başa düşür. Bununla belə, şayiələr yayılan ittihamlar sui-qəsd nəzəriyyələrindən başqa bir şey deyil”, – Ben Zvi əlavə edib.























