Səfir: “Rusiya İsrail-Fələstin münaqişəsinin hərbi yolla həllini görmür”

image-israil-felestinbackend

Moskva İsrail-Fələstin münaqişəsinin hərbi yolla həllini görmür və tərəfləri zorakılığı dayandırmağa və müzakirə masasına qayıtmağa çağırır.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

“Atəş dayandırmaq, təmkinli olmaq, mülki şəxslərə qarşı zorakılığı dayandırmaq və söhbət masasına qayıtmaq çox vacibdir. Məsələnin hərbi yolla həlli yoxdur”, – səfir vurğulayıb.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirli həmkarı Sameh Şukri ilə telefon danışığı aparıb. Hər iki yüksək səviyyəli diplomat dərhal atəşkəsə və problemin həlli üçün siyasi və diplomatik səylərə başlanmağa çağırıb”, – səfir əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki