Səfirlərlə bağlı məsələnin arxasında Bayden dayanır?

image-bayden1backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 10 ölkənin səfirlərinin iş adamı Osman Kavala ilə bağlı bəyanatlarından sonra geri addım atmaqlarını şərh edib.

Busaat.az  “CNN Türk”ə istinadən xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, səfirlər günahı bir-birilərinin üzərinə atmağa başlayıb.

“Prezidentimizin çıxışından sonra panika başladı. Bunun ardınca, səfirlər günahı bir-birilərinin üzərinə atmağa başladı. Hətta onlardan bəziləri öz köməkçilərini günahlandırdı”, – deyə Çavuşoğlu qeyd edib.

Türkiyənin XİN rəhbəri, həmçinin vurğulayıb ki, 10 ölkənin səfirlərinin ölkədən çıxarılması ilə bağlı işlər başladılsa da, səfirlər geri addım atıblar.

Çavuşoğlu ABŞ səfirinin Osman Kavala ilə bağlı açıqlamasının arxasında ABŞ Prezidentinin dayanıb-dayanmadığını da şərh edib:

“Bizdə olan məlumatlara görə, açıqlamanın arxasında Baydenin olması xəbəri doğru deyil. Bu, Şimal ölkələrinin tövsiyələri nəticəsində hazırlanmış bir mətndir”.

Xatırladaq ki,  ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya iş adamı Osman Kavalanın azad edilməsi ilə bağlı birgə bəyanat səsləndirmişdilər. İlk olaraq ABŞ səfirliyi, daha sonra isə digər ölkələrin diplomatik nümayəndəlikləri oktyabrın 25-i geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını bəyan ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90