Şəhid Ailələri Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzində müalicə alır – FOTOLAR

image-438e98cde5df452f9ea4f13cfce901df25820245021732backend

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın təşəbbüsü ilə şəhid ailələri və qazilər Quba Şahdağ Truskavets sanatoriya mərkəzində müalicə alırlar. Bu ziyarət yalnız müalicə məqsədi daşımır, həm də mənəvi dəstək üçün şəhid ailələri ilə görüşlər təşkil edilir.

Busaat.az xəbər verir ki, Tünzalə Abduləlimova bildirdi ki, bu layihənin əsas məqsədi şəhid ailələrinin bir-birini tanıması və bir-birinə dəstək olmasıdır. Görüşlər zamanı qonaqlar həm müalicə alır, həm də şəhid ailələri ilə yaxın əlaqələr qururlar.

Layihə, “Vətən Naminə” və Quba Şahdağ Truskavets rəhbərlərinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Tünzalə Abduləlimova vurğuladı ki, Qarabağda şəhid olan oğullarımızın qanı yerdə qalmadı və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bu gün bütün dünyada başımız uca oldu. “Qarabağ Azərbaycandır!” – deyə o, əlavə etdi.

image-438e98cde5df452f9ea4f13cfce901df25820245021732 image-3037e39aae514f65a0163917b34ca30e25820245046855 image-a9b39c709bce4dbfb17aa6270d0d873d25820245046480 image-a28afd3549eb479bb527dd53b2364fc225820245046605 image-b7108c4fcbf84d7294bbb3adb0903d6125820245046730

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki