Şəhid ailələrinə yardım kampaniyası keçirilir

Şəhid ailələrinə yardım kampaniyası keçirilirbackend

 

Azərbaycanlı gənclər tərəfindən şəhid ailələrinə yardım kampaniyasına start verilib.

Busaat.az xəbər verir ki, müharibə heç kəsin prioriteti olmamalıdır, ancaq məsələnin həlli yolları tükəndikdə, təəssüf ki, hərbi yola əl atılır. Azərbaycan tərəfinin şəhid verdiyi heç kəsə sirr deyil. Vətənimizin keşiyində canından keçən insanların ailələrinə dəstək məqsədilə keçirilən kampaniyanın əsas məqsədi hazırkı müharibə şəraitində xalqımıza dəstək nümayiş etdirməkdir.

Son məlumata görə, kampaniya çərçivəsində artıq 30 saatlıq bir müddətdə 41 min ABŞ dollarından çox vəsait yığılıb. Dünyanın hər tərəfindən ianələr gəlməkdə davam edir.

Kampaniyaya qoşulmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://www.facebook.com/donate/370629767643977/

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90