
Seneqalda avtobus qəzası: 39 nəfər öldü
Ötən gün Seneqalın cənub-qərbində baş verən yol qəzasında ölənlərin sayı 39-a çatıb.
Busaat.az xəbər verir ki, bu barədə hökumətdən yazılı açıqlama verilib.
Açıqlamada, bazar günü paytaxt Dakarın 250 kilometrliyindəki Kaffrine şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində həyatını itirənlərin sayının 39-a çatdığı bildirilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alan 53 nəfərin müalicəsi xəstəxanada davam etdirilib, 42 nəfərə isə ambulator yardım göstərilib.
Prezident Macky Sall və baş nazir Amadu Ba dünən hadisə yerinə gedib və yaralılara baş çəkiblər.
Qəza xəbərindən sonra bu gündən ölkədə 3 günlük milli matəm elan edilib.
Busaat.az























