
Seneqalda etirazlar zamanı iki nəfər ölüb
Seneqalda prokurorluğun müxalifət lideri Ousmane Sonkoya qarşı ittihamlar irəli sürməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı iki nəfər həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə Seneqal Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Nümayişlər zamanı iki cansız kişi cəsədinin tapılıb”, – məlumatda deyilir.
İyulun 31-də Seneqal prokurorları müxalifət lideri Ousmane Sonkoya qarşı ittiham irəli sürüb.
Agence de Presse Senegalaise-in məlumatına görə, siyasətçi üsyana təhrik etmə, cinayətkarların birləşməsi, dövlət təhlükəsizliyinə qəsd, dövlət hakimiyyətinə qarşı sui-qəsd, ictimai təhlükəsizliyin pozulmasına yönəlmiş hərəkətlər və ciddi siyasi iğtişaşlar təşkil etmək kimi səkkiz maddə üzrə ittiham edilir.
Qeyd edək ki, Sonko 2014-cü ildə yaradılmış Əmək, Etika və Qardaşlıq naminə Seneqal Vətənpərvərlərinə rəhbərlik edir. O, 2019-cu il prezident seçkilərində iştirak edib və 16% səslə üçüncü olub.
Busaat.az























