Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Serbiya NATO-ya qoşulmağı planlaşdırmır - Vuşeviç

image-editor_09212923c28dc2c4869d7c4cbfcfd413_z9pr7shy3tka5xn81u4o
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Serbiya Aİ-yə daxil olmağı özünün prioriteti hesab edir”.

Busaat.az xəbər verir ki, bu sözləri Serbiya Baş nazirinin müavini və Müdafiə naziri Miloş Vuşeviç bildirib.

“Serbiyanın xarici siyasət prioriteti Avropa İttifaqına üzvlük, strateji prioriteti isə hərbi neytrallıqdır ki, bu da onun NATO ilə əməkdaşlığına heç bir maneə deyil. Bununla belə Serbiyanın bu alyansın üzvü olmaq ambisiyası yoxdur. Kosovo və Metoxiyadakı vəziyyət ciddi narahatlığa əsas verir. Hazırki böhran Priştinanın yeganə öhdəliyini – Serb Bələdiyyələri İcmasının yaradılmasını yerinə yetirə bilmədiyi üçün yaşanıb. Onlar Brüssel razılaşmasını yerinə yetirməyiblər. Serbiyanın xarici siyasət kursu Aİ-yə daxil olmaq, eyni zamanda Rusiya və Çinlə dostluq münasibətlərini qoruyub saxlamaq, həmçinin ABŞ-la əlaqələri inkişaf etdirməkdir. Belqrad hərbi baxımdan neytral qalmaq, NATO və digər hərbi siyasi bloklara daxil olmaqdan imtina etmək niyyətindədir. Qərb isə bu mövqeyə etiraz edir və təhrik edir ki, Avropaya inteqrasiya yalnız iki şərtlə mümkündür: Kosovonun müstəqilliyinin tanınması və Rusiya ilə dostluq münasibətlərinin kəsilməsi. Bundan başqa son illər Qərb Serbiyanı Çinlə sıx əməkdaşlığa görə qınayır” –deyə, Serbiyanın Müdafiə naziri NATO Baş katibinin siyasi məsələlər üzrə köməkçisinin yeni müavini Xavyer Kolomina Piriz ilə görüşdə qeyd edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90247