Serbiya NATO-ya üzv olmayacaq və neytral qalacaq – Vuçiç

image-sirbistan-da-aleksandar-vucic-yeniden-cumhurbaskani-secildi-998929-5backend

Serbiya prezidenti Aleksandr Vuçiç cümə axşamı Assambleyanın (parlamentin) növbədənkənar sessiyası zamanı bildirib ki, müxtəlif bəyanatlara və qiymətləndirmələrə baxmayaraq, Serbiyanın NATO-ya üzv olmaq planları yoxdur və hərbi neytrallıq mövqeyini qoruyub saxlamaqda davam edəcək.

Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu səhər mən saxta vətənpərvərlərin Serbiyanı Atlantik inteqrasiya istiqamətində apardığımız barədə cəfəngiyyatlarına qulaq asdım. Biz hərbi neytrallığımızı qorumağa davam edəcəyik və ordumuzu məhv edənlərdən fərqli olaraq, öz ordumuzu qururuq”, – Vuçiç vurğulayıb.

Məlumatda, həmçinin qeyd edilib ki, NATO-nun 1999-cu ildə Yuqoslaviya Federativ Respublikasına qarşı təcavüzü martın 24-də başlayıb və 78 gün davam edib. “Müttəfiq Qüvvələrin” hava hücumu əməliyyatının əsas səbəbi kimi “Kosovoda alban əhalisinin soyqırımının qarşısının alınması” adlandırılıb. NATO-nun məlumatına görə, əməliyyat zamanı alyans ölkələrinin aviasiyası 38 min hərbi uçuş həyata keçirib. Serb məlumatlarına görə, bombardmanlar nəticəsində 3500-4000 nəfər həlak olub, 10000-ə yaxın insan yaralanıb, onların üçdə ikisi mülki şəxslərdir. Maddi ziyan 100 milyard dollar təşkil edib.

NATO-nun Yuqoslaviyanı bombaladığı üç ay ərzində Serbiya ərazisinə mərmilərlə 15 ton uran atılıb. Bundan sonra ölkə xərçəngə yoluxma hallarının sayına görə Avropada birinci yeri tutub. Bombardmandan sonrakı ilk 10 ildə 30 min insan xərçəngə tutulub, onlardan 10-18 mini ölüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90