
Serbiya NATO-ya üzv olmayacaq - Vuçiç
Serbiya prezidenti Aleksandar Vuçiç dövlət başçısı olduğu müddətdə ölkəsinin NATO-ya üzv olmayacağını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Vuçiç Sokobanjada yerli sakinlər qarşısında çıxış edərkən deyib.
“Bu gün Serbiya öz siyasəti olan azsaylı ölkələrdən biridir. O, müstəqil və azad düşüncəlidir”. “Nə qədər ki, mən prezidentəm və bu, daha dörd il davam edəcək və baş komandan kimi sizə zəmanət verirəm ki, Serbiyanın NATO-ya və ya hər hansı digər hərbi bloka qoşulmayacağına əminəm”.
“Serbiya əzmlə öz hərbi neytrallığını qoruyacaq və öz azadlığını təkbaşına müdafiə edəcək. Bu, bizim seçimimizdir”, – Vuçiç sözlərini yekunlaşdırırb.
Busaat.az























