
Serbiya prezidenti Türkiyənin Kosovoya Bayraktar tədarük etmək planlarını pislədi
Türkiyənin Kosovo Respublikasına Bayraktar pilotsuz uçuş aparatlarını tədarük etmək planlarını pisləyirik.
Busaat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Türklərin Bayraktarları Priştinaya tədarük etmələri ilə bağlı xəbərlər bizim üçün çox pis xəbərdir. Biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət edirik, amma təbii ki, onların addımları bizim münasibətlərimizin gələcəyini müəyyən edəcək” – deyə, serb lideür qeyd edib.
O vurğulayıb ki, Serbiya hazır olmalı və müvafiq hava hücumundan müdafiə sistemlərinə malik olmalıdır.
Busaat.az























