
Serbiya Rusiyaya sanksiya tətbiq etsə, ABŞ-ın bu ölkəyə təzyiqi artacaq - Zaxarova
Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə, ABŞ-nin bu ölkəyə təzyiqi bitməyəcək, əksinə daha da artacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova sosial şəbəkə hesabında Serbiyanın iqtisadiyyat naziri Rade Baştanın hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdığını bildirib.
Bu çağırışı “qəribə rəftar” adlandıran Zaxarova, “ABŞ Serbiyaya təzyiq edir, nazir isə Rusiyanı buna qarşı çıxmağa çağırır. Bəlkə serb nazirin ölkəsinə qarşı təzyiqlərə qarşı qətiyyətlə danışması daha yaxşıdır?”, – Zaxarova deyib.
“ABŞ-dan fərqli olaraq Rusiya Serbiyaya hər zaman hörmət edir”, – deyə Zaxarova vurğulayıb.
Busaat.az























