
Serbiya türk bayraktarlarını almaqdan imtina edib - Vuçiç
Serbiya “Bayraktarları” Kosovoya tədarük edildiyi üçün almaqdan imtina edib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “TV Pink” kanalına müsahibəsində bildirib.
“Biz türk bayraktarlarını Priştinaya verdiklərinə görə almaqdan imtina etdik. Artıq onlarla bu məsələdə əməkdaşlıq etmək istəmirik, çünki onlar 1244-cü və digər qətnamələrə zidd olaraq qeyri-qanuni dövlətin əsas təchizat mənbəyidir”, – Vuçiç qeyd edib.
O bildirb ki, yaxın bir neçə ay ərzində Belqrad Yaxın Şərqdə sifariş edilmiş bir neçə yüzdən minə qədər kamikadze pilotsuz uçan aparat alacaq.
Vuçiçin sözlərinə görə, bu, “potensial təcavüzkarı” cilovlamaq üçün edilir.
Busaat.az























