
Serbiya Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcək - Vuçiç
Serbiya hər zaman bütün beynəlxalq məkanlarda Ukraynanın ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyib.
Busaat.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun Avropa Şurasına üzvlüyü ilə bağlı dünən keçirilən səsvermədən sonra bildirib.
Əgər Serbiya Respublikasının ərazi bütövlüyünə məhəl qoymayan biri varsa, biz niyə onun ərazi bütövlüyünə hörmət etməliyik? Serb liderindən səsvermə ərəfəsində Ukraynanın mövqeyini şərh etməyi xahiş etdikdə o, deyib: “Bu, çox vacibdir və bizim siyasi kursumuzda böyük dəyişikliklər olacaq“.
“Lakin bu, Serbiyanın beynəlxalq hüquqdan və ya BMT Nizamnaməsindən kənara çıxacağı anlamına gəlmir”, – Vuçiç deyib.
“Dünən Kosovonun Avropa Şurasına üzvlüyünə dair səsvermədə bitərəf qalmaq Kosovonun tanınmasına bərabər idi”, – Vuçiç əlavə edib.
Busaat.az























