
Serbiyada 115 məktəbə bomba qoyulması ilə bağlı araşdırma aparılır
Serbiyanın paytaxtı Belqradda ən azı 115 məktəbə partlayıcı qurğuların qoyulması ilə bağlı araşdırma aparılır.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” Serbiyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb .
“Şagird və müəllimlər təxliyə edilib. Şagirdlərin və əməkdaşların təhlükəsizliyi üçün birinci növbədə dərslərə fasilə verilib. Artıq bəzi məktəblərə baxış keçirilib, tədris prosesi bərpa olunub”, – nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Serbiyada təhsil ocaqlarında, ticarət mərkəzlərində və Belqrad hava limanında partlayışların hazırlanması ilə bağlı əvvəllər də məlumat yayılıb.
Busaat.az























