
Serbiyada silahlı hücum: 8 ölü
Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda hərəkətdə olan avtomobildən avtomatik tüfəngdən atəş açılması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat verib.
“Qasırğa” adlı əməliyyata başlanıldığı bildirilən açıqlamada hadisəni törədən 21 yaşlı U.B.-nin mühasirəyə alındığı, lakin təslim olmaq istəmədiyi və atəş açmağa davam etdiyi bildirilib.
Təhlükəsizlik qüvvələrinin və ilk yardım qruplarının ərazidə olduğu qeyd edilib.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.
Bundan əvvəl Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 14 yaşlı 7-ci sinif şagirdi K.K.-nın silahla həyata keçirdiyi hücumda 1 təhlükəsizlik işçisi də daxil olmaqla 8 uşaq 9 nəfər həyatını itirib.
Busaat.az























