
Serbiyadan NATO-ya Kosovo MÜRACİƏTİ
Serbiya Prezidenti Aleksandr Vucic, NATO-nun Kosovo gücünə (KFOR) Serbiya ordusunu və polisini Kosovonun şimalına yerləşdirməsini tələb edəcəyini söyləyib.
Busaat.az xəbər verir ki, prezident Vucic bu barədə Serbiya xalqına mürciətində Serbiya-Kosova münasibətlərini şərh edərkən deyib.
Serbiya prezidenti deyib ki, son günlərdə Kosovonun şimalında yaşanan hadisələr ölkəsinin Serbiya ordusunu və polisini bölgəyə yerləşdirilməsini tələb edir.
“Mən Kosovonun şimalında yaşayan və ailələrini qorumaq üçün mübarizə aparan vətəndaşlarımıza “təslim olmayın” mesajı göndərirəm. Bu, dövlətin qərarıdır. Şəxsən mən, buna görə ödəyəcəyim qiymətdən narahat deyiləm” – deyə, Vuvic qeyd edib.
Busaat.az























