
Serbiyanın Səhiyyə Nazirliyi Ukraynaya çağırış edib
Serbiyanın Səhiyyə Nazirliyi Ukraynanı tükənmiş uran qalıqlarından istifadənin qarşısını almağa çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Serbiyanın səhiyyə naziri Danica Grujicic Ukrayna xalqı və rəhbərliyinə müraciət edib.
“Bu, çox risklidir, nüvə müharibəsidir. Mən hesab edirəm ki, əhalinin sağlamlığının qayğısına qalan istənilən hökumət heç kimə belə mərmilərdən istifadə etməyə imkan verməməlidir. Sadəcə ukraynalılara, sadə insanlara demək istəyirəm: bu zəhəri içəri buraxmayın. Xahiş edirəm, bu mərmilərin istifadəsinə icazə verməyin. Mən istərdim ki, bütün ukraynalılar da mənim dediklərimi başa düşsünlər, çünki düşünürəm ki, Rusiya siyasətçiləri Serbiyada baş verənləri çox yaxşı bilirlər. Ukrayna rəhbərliyinə müraciət edirik: bu zəhərdən öz torpağınızda istifadə etməyə icazə verməyin”, – Qrujiçiç “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Busaat.az























