Sərhədlər bu şərtlə açıla bilər

Sərhədlər bu şərtlə açıla bilərbackend

Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.

Busaat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: “Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: “Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90