Səudiyyə Ərəbistanı BRICS bankına qoşulur

image-1560842844_0_69_1800_1082_2560x1440_80_0_0_4cdcd90cddb92eda1a28fa3e07436777-1024x576-1backend

Səudiyyə Ərəbistanının BRİKS bankı kimi tanınan “Yeni İnkişaf Bankı”na doqquzuncu üzv kimi qoşulması ilə bağlı müzakirələr başlayıb.

Busaat.az xəbər verir ki, Financial Times-ın məlumatına görə, Rusiyanın məruz qaldığı sanksiyalara görə Qərbin rəhbərlik etdiyi Bretton Woods qurumlarına alternativ olaraq qurulan Şanxay mərkəzli BRİKS bankı vəsait tapmaqda çətinlik çəkir. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının iştirakı sözügedən maliyyə çatışmazlığını həll edə bilər.

“Biz Yaxın Şərqdə Səudiyyə Ərəbistanı Krallığına böyük əhəmiyyət veririk və hazırda onlarla keyfiyyətli dialoq aparırıq”, – Yeni İnkişaf Bankından Financial Times-a bildirilib.

İllik iclasını çərşənbə axşamı və çərşənbə günü keçirəcək Bank Səudiyyə Ərəbistanının üzvlük məsələsini müzakirə edəcək. Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanının da Çinlə sıx əlaqələr qurmağa çalışdığı bir vaxtda üzvlüyün Ər-Riyadın BRİCS ölkələri ilə əlaqələrini gücləndirəcəyi gözlənilir.

Bank 2015-ci ildə BRİCS adlanan ölkələr – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən inkişaf etməkdə olan iqtisadiyyatlardakı inkişaf layihələrinə kredit vermək üçün yaradılıb. Beş təsisçi üzv ölkədə 96-dan çox layihəyə 33 milyard dollar kredit verib və Birləşmiş Ərəb Əmirlikləri, Misir və Banqladeşi də daxil etmək üçün üzvlüyünü genişləndirib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki