Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Səudiyyə Ərəbistanı ilə Çin arasında 34 investisiya sazişi imzalandı

image-61206104_605
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səudiyyə Ərəbistanı ilə Çin şirkətləri arasında müxtəlif sahələrdə 34 investisiya müqaviləsi imzalanıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alıb.

Məlumata görə, Çin prezidenti Si Tsipinin Səudiyyəyə səfəri çərçivəsində əldə olunan razılaşmalar İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih və bununla bağlı dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda imzalanıb.

Bildirilib ki, tərəflər arasında müqavilələr yaşıl enerji, yaşıl hidrogen, günəş enerjisi, informasiya texnologiyaları, nəqliyyat, logistika, tibb sənayesi, mənzil və tikinti fabrikləri kimi müxtəlif sektorları əhatə edir.

İmzalanma mərasimində çıxış edən İnvestisiya naziri Falih qeyd edib ki, bu müqavilələr Səudiyyə Ərəbistanının Çin ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyat və investisiyalar üzrə əlaqələri inkişaf etdirmək istəyini əks etdirir.

Çin Prezidentinin səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat və sərmayə qoyuluşlarında əlaqələri və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək əzmini əks etdirdiyini bildirən Falih, səfərin əlaqələrin daha da artırılmasına töhfə verəcəyini söyləyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93370