
Səudiyyə Ərəbistanı İranla bağlı bütün məsələlərin həll olunmadığını açıqladı
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib ki, İranla diplomatik münasibətlərin bərpasına dair razılaşma bütün məsələlərin həll olunduğu anlamına gəlmir.
Busaat.az xəbər verir ki, Səudiyyə Ərəbistan iqtidarına yaxın “Sərkul Evsat” qəzetinə danışan Bin Ferhan qeyd edib:
“İranla razılaşma məsələləri dialoq və diplomatiya yolu ilə həll etmək üçün ortaq istəyin göstəricisidir. İki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşırıq. Gələcəkdə qarşılıqlı səfərlərin edilə bilər”.
Bin Ferhan Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna toxunaraq, “Bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında Pekin və Tehranla ortaq maraqlarımız var”, – deyə vurğulayıb.
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.
İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.
Busaat.az























