Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Səudiyyə Ərəbistanı İranla danışıqları bərpa etməyə hazırdır

image-61d6cd621bedf61d6cd621bee0164146723461d6cd621bedc61d6cd621bedd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran prezidentinin parlament işləri üzrə vitse-prezidenti Məhəmməd Hüseyni Braziliyada Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə danışıqlarının təfərrüatlarını açıqlayaraq krallığın İranla yaxınlaşma üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tasnim yayıb.

Çərşənbə günü Tehranda Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlama verən Hüseyni deyib ki, o, Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edərkən Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə geniş danışıqlar aparıb.

Hüseyni qeyd edib ki, yüksək səviyyəli Səudiyyə diplomatı onun sözlərini səbirlə dinləyib və öz fikirlərini bildirib.

O qeyd edib ki, söhbətin əsas mövzusu İran və Səudiyyə Ərəbistanı arasında İraqın vasitəçiliyi ilə aparılan danışıqların taleyi olub.

Hüseyninin sözlərinə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri fikir ayrılıqlarının və problemlərin həlli üçün bir sıra görüşlərin keçirilməsi ideyasını alqışlayıb.

Hər il həcc ziyarətinə gedən iranlıların çoxluğuna işarə edərək, Tehran və Ər-Riyad arasında daha sıx əməkdaşlığın vacibliyini vurğulayan Hüseyni qeyd edib ki, hər iki ölkə əlaqələri bərpa etməyin vacibliyi ilə bağlı razılaşıb.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanının nümayəndələri son bir il ərzində Bağdadda bir neçə görüş keçiriblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96027