
Səudiyyə Ərəbistanı kosmosa ilk qadın astronavtını göndərəcək
Səudiyyə Ərəbistanı kosmosa göndəriləcək kişi və qadın astronavtın müəyyən edildiyini, adlarının Rayyane Bernavi və Ali Karni olduğunu açıqlayıb.
Busaat.az Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, 2023-cü ilin ikinci rübündə “AX-2” kosmik gəmisi ilə səyahət edəcək astronavtların ABŞ-dan yola düşəcəyi bildirilib.
Astronavtlar Elon Maskın kosmos firması SpaceX-in istehsal etdiyi Dragon kapsullarında səyahət edəcək və Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacaq.
Busaat.az























