
Səudiyyə Ərəbistanı qadınlara yanlarında məhrəm olmamaq şərtilə həcc ziyarətinə icazə verdi
Bu il Səudiyyə Ərəbistanında qadınların kişilərlə birlikdə məhrəm olmamaq şərtilə Həcc ziyarətinə gedə biləcək.
Busaat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin müavini Əbdülfəttah Məşət deyib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin müavini Məşət Səudiyyə Ərəbistanında yerləşən Əl-İhbariye televiziyasına verdiyi açıqlamada bu il qadınların həcc ziyarəti zamanı yanlarında məhrəm olması tələbinin aradan qaldırıldığını, lakin qadınların karvan şəklində bir yerdə olması lazım olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı əvvəllər qadınların yanlarında məhrəm olmadan həcc və ya ümrə ziyarətinə icazə vermirdi.
Busaat.az























