Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Səudiyyə Ərəbistanı və Misirdən İrana REAKSİYA

image-iran-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səudiyyə Ərəbistanı və Misir İranın ərəb regionunun işlərinə qarışmasını rədd edərək, Yəməndəki husilərin enerji nəqli üçün istifadə edilən dəniz naviqasiya xətlərinin təhlükəsizliyini hədəf almalarından narahat olduqlarını bildiriblər.

Busaat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan və misirli həmkarı Samih Şükrinin sədrliyi ilə paytaxt Ər-Riyadda keçirilən Siyasi Məşvərət Komitəsinin iclasından sonra birgə bəyanat verilib.

Birgə bəyanatda deyilir ki, hər iki tərəf İranın beynəlxalq nüvə öhdəliklərinə tam riayət etməsini və nüvə proqramının dinc xarakter daşımasını təmin etməlidir.

Tərəflər, həmçinin, İranı ərəb ölkələrinin işlərinə qarışmamaq prinsipinə sadiq qalmağa, o cümlədən “silahlı qrupları dəstəkləmək və dəniz tranzit yollarını təhdid etməklə” regionda sabitliyi pozan istənilən fəaliyyətdən uzaq durmağa çağırıblar.

Bəyanatda vurğulanıb ki, mühüm su yollarında təhlükəsiz hərəkətin təmin edilməsi, habelə regional və beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə yaradan təşəbbüslərə qarşı mübarizə məqsədilə birgə əməkdaşlığın dəstəklənməsi və gücləndirilməsi zəruridir.

Eyni zamanda Husilərin qlobal enerji təhlükəsizliyinə və təchizat sabitliyinə mənfi təsir göstərəcək beynəlxalq gəmiçilik yollarının təhlükəsizliyini hədəf almağa davam etməsindən dərin narahatlıq ifadə edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96893