
Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirildi
Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sosial media hesabında bildirilib.
Açıqlamaya görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi gənc nəsli hədəf alan narkotik şəbəkələrinə qarşı əməliyyatlarını davam etdirir.
Polisin paytaxt Ər-Riyadda kabel daşınmalarında gizlənmiş 4 milyon 962 min narkotik həbi ələ keçirdiyi bildirilir.
Qeyd edək ki, ötən il oktyabrın 17-dən noyabrın 30-dək Ər-Riyadda keçirilən 3 əməliyyat zamanı ümumilikdə 6 milyon 200 min narkotik həb ələ keçirilib.
Busaat.az























