
Shell nigeriyalı fermerlərə 15 milyon avro təzminat ödəyəcək
Neft şirkəti Shell, Nigeriyada neft dağılması ilə bağlı iki hadisədə günahkar olduğu üçün nigeriyalı fermerlərə 15 milyon avro təzminat ödəməyə razı olduğunu söyləyib.
Busaat.az xəbər verir ki, bu barədə neft nəhəngi Royal Dutch Shell-in saytında açıqlama verilib.
Bəyanatda, 2004-2007-ci illər arasında neft sızıntısından əziyyət çəkən dörd iddiaçı fermerə və Nigeriyanın Oruma, Qoi və İkot Ada Udo kəndlərinə 15 milyon avro təzminat ödəniləcəyi qeyd edilib.
Haaqa Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarından sonra təzminat müqaviləsinin razılaşdırıldığı bildirilən açıqlamada, Shell-in sızma ilə bağlı məsuliyyət daşıdığı qeyd edilib.
Busaat.az























