Si Cinpinin ideyalarının öyrənilməsi üçün ilk laboratoriya Rusiyada yaradılıb

image-default-4backend

Bu yaxınlarda Rusiyada Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun bazasında Çin prezidenti  Si Cinpinin ideyalarının öyrənilməsi üzrə ilk laboratoriya yaradılıb.

Busaat.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu, müasir Çin ideologiyasının öyrənilməsi üzrə ixtisaslaşacaq ilk elmi mərkəzdir.

“Si Cinpinin ideyaları Çinin bir çox istiqamətlərdə siyasətini müəyyənləşdirir. Bura daxili siyasət, xarici siyasət, iqtisadi siyasət, hətta mədəniyyət və elm siyasəti daxildir. Biz onu da başa düşürük ki, bu siyasət hələ uzun müddət davam edəcək. Ona görə də bu, Çinin uzun müddət fəaliyyətini müəyyən edəcək”, – institutun direktoru Kiril Babayev bildirib.

Bu mərkəzdə təkcə Çin və Müasir Asiya İnstitutunun əməkdaşları deyil, həm də Rusiyanın digər elmi mərkəzlərindən Çin ideologiyasının ən yaxşı mütəxəssisləri də ter alır. Tədqiqat Si Cinpinin iqtisadiyyat, xarici və daxili siyasət, eləcə də sosial siyasət, mədəniyyət, incəsənət və ətraf mühitin mühafizəsi sahələrindəki ideyalarına istinad edəcək.

Laboratoriyanın vəzifəsi Çinin elmi mərkəzləri ilə əlaqə yaratmaq, bir neçə birgə konfrans və dəyirmi masalar keçirməkdir.

“Biz Si ​​Cinpinin ideyalarını çox yaxşı bilməli və təhlil etməliyik, çünki bu gün Çin bizim strateji və iqtisadi tərəfdaşımızdır. Qarşılıqlı münasibətlərin daha səmərəli qurulması üçün ölkəmiz bugünkü Çinin inkişafının ideoloji əsasının nədən ibarət olduğunu yaxşı başa düşməlidir”, – Babayev əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki