
Siciliya sahillərində miqrant qayığı batdı: 2 nəfər öldü
İtaliyanın Siciliya adasında qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb. Hadisə nəticəsində itən 2 nəfərdən birinin cansız cəsədi tapılıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Ansa xəbər agentliyi məlumat yayıb.
Ölkə səlahiyyətliləri axtarış-xilasetmə işlərinə başlayıb.
Bildirlb ki, 45 qeyri-qanuni miqrant xilas edilib.
Ekipajlar tərəfindən qayıqdan xilas edilən 45 qeyri-qanuni miqrantın Burkina Faso, Kamerun, Fil Dişi Sahili, Qambiya, Qvineya, Liberiya, Mali və Nigerdən olduğu və Avropaya keçməyə çalışdıqları açıqlanıb.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, 2014-cü ildən bəri Liviya və Tunisdən İtaliyaya keçmək istəyərkən 14 mindən çox insan dənizdə ölüb və ya itib.























