Silvestr Stallonenin anası dünyasını dəyişdibackend

Amerikalı aktyor Silvestr Stallonenin anası Jaklin Stallone 98 yaşında dünyasını dəyişib.

 

Busaat.az xəbər verir ki, bu barədə “TMZ” xəbər verib.

 

Nəşrin yazdığına görə, aktyorun anası naməlum səbəblərdən vəfat edib.

Missis Stallone məşhur amerikalı ictimai xadim, astroloq və aktrisa idi. Həyatda ikən çox sayda əməliyyat keçirmişdi. Jaklin Stallone üç övlad anası idi (aktyor Silvestr Stallone, musiqiçi və müğənni Frenk Stallone və aktrisa Toni D`Alto).