“Şimal axını 1″də qaz sızması dayandırılacaq

image-denmark-sweden-russia-energy-gas-leakbackend

Bazar ertəsinə qədər “Şimal axını 1” boru kəmərində sızmanın dayandırılması ehtimalı var.

Busaat.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Nord Stream AG” şirkətinin nümayəndəsi sızmalarla bağlı danışarkən bildirib.

“Dəymiş ziyanın qiymətləndirilməsinə qədər heç bir proqnoz vermək mümkün deyil. Biz əraziyə yaxınlaşan kimi zərərin qiymətləndirilməsini yerində həyata keçirə bilərik. Hazırda bu, qadağa zonasıdır” –deyə, “Nord Stream AG” şirkətinin nümayəndəliyi əlavə edib.

Xatırladaq ki, “Şimal axını” qaz kəmərində dörd sızma aşkar edilib, ən sonuncusunu İsveç sahil mühafizəsi müəyyən edib.

Bundan əvvəl Nord Stream AG şirkəti məlumat verib ki, Şimal axını 1 və 2 dəniz qaz kəmərlərinin üç boru xəttində sızma müşahidə olunur.

Kremlin sözçüsü Dmitri Peskov , Moskvanın xəbərdən dərin narahat olduğunu və boru kəmərlərinə təxribat nəticəsində zərər verildiyini istisna etmir.

Qeyd edək ki, İsveç seysmoloqları Şimal axını boru kəmərləri boyunca iki partlayışın qeydə alındığını bildiriblər. BMT Təhlükəsizlik Şurası sentyabrın 30-da Rusiyanın tələbi ilə çağırılan iclasda boru kəmərləri ilə bağlı vəziyyəti müzakirə edəcək. Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə qarışdığını bildirib. Təyyarə və gəmilərə əraziyə yaxınlaşmaq qadağandır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90