
“Şimal axını”nın taleyini “Qazprom” və digər səhmdarlar həll edəcək - Kreml
“Şimal axını” boru kəmərlərinin gələcəyi ilə bağlı qərarı “Qazprom” və layihənin digər səhmdarları verəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
“Şimal axını”nın gələcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib: “Bu beynəlxalq layihənin səhmdarı olan “Qazprom”la əlaqə saxlamağı məsləhət görürəm”.
“Əlbəttə, bu, bütün səhmdarların kollektiv şəkildə qəbul etməli olduğu qərardır, çünki beynəlxalq layihədir”, – Peskov deyib.
O, bu məsələ ilə bağlı Kremldən “Qazprom”a hansısa tövsiyələrin olub-olmayacağı sualına belə cavab verib: “İlk növbədə “Qazprom”la əlaqə saxlamaq lazımdır”.
Qeyd edək ki, daha əvvəl Reuters bildirmişdi ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərləri fəaliyyətini dayandıracaq.
Busaat.az























