
Şimali İraqda 2 terrorçu zərərsizləşdirildi
Şimali İraqın Metina bölgəsində “Pəncə-Kilid əməliyyatı” nəticəsində 2 terrorçu zərərsizləşdirilib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabından açıqlama yayıb.
Yazıda “Qəhrəman Türk Silahlı Qüvvələrimiz qətiyyətlə terror yuvalarını yerlə-yeksan etməyə davam edəcək” ifadəsi yer alıb.























