
Şimali Koreya ABŞ-a xəbərdarlıq edib
Şimali Koreya ölkəni xarici hərbi təhdidlərdən müdafiə etmək üçün “bütün lazımi tədbirləri” görməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya Xarici İşlər Nazirliyi yayıb.
Bəyanatda ABŞ tərəfi hərbi təlimlərə görə sülh və təhlükəsizliyi pozan əsas günahkar kimi göstərilib. “ABŞ ciddi hərbi təxribatlarda israr edərsə, Şimali Koreya daha güclü tədbirləri nəzərdən keçirəcək” -deyə, bəyanatda bildirilib. Qeyd edilib ki, birgə hərbi təlimlər “potensial işğala hazırlıq” kimi qiymətləndirilir.
Qeyd edək ki, Şimali Koreyanın dünən keçirdiyi raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı bildirilib.
ABŞ və Cənubi Koreya birgə təlimlərinin ilki 2015-ci ildə keçirib. Təlimlər 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çje İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılıb.
Son aylarda keçirdiyi raket sınaqları ilə reaksiyalara səbəb olan Şimali Koreya oktyabrın 28-də Şərq dənizi (Yaponiya dənizi) istiqamətində iki ballistik raket atıb. Bu, Pxenyan administrasiyasının Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən bəri keçirdiyi 28-ci raket sınağıdır.
Busaat.az























