
Şimali Koreya ABŞ-ni nüvə silahı ilə hədələyir
ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması Şimali Koreyanın nüvə silahından istifadə etməsinə səbəb ola bilər.
Busaat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam bildirib.
Şimali Koreya mətbuatının məlumatına görə, Kanq Sun Nam ABŞ nüvə qüvvələrinin təhlükəli sulara daxil olduğunu vurğulayıb.
Nazir, nüvə silahından istifadənin, o cümlədən KXDR-ə qaçılmaz nüvə hücumu zamanı mümkün olduğunu izah edib.
Busaat.az























